...

Azərbaycan iqtisadiyyatında Azercell-in investisiyaları 2 milyard dolları ötüb

Telekommunikasiya Materials 18 Fevral 2015 15:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir Hüseyn Vəliyev/

2014-cü ildə Azərbaycanın mobil rabitə operatoru "Azercell Telekom" ölkənin telekommunikasiya sektorunun inkişafına 2013-cü ildəki 84,5 milyon manata nisbətdə 57 milyon manat sərmayə qoyub.

Trend xəbər verir ki, bu barədə çərşənbə günü "Azercell" şirkətinin prezidenti səlahiyyətlərinin icraçısı Vahid Mürsəliyev ötən il operatorun fəaliyyətinin yekunları üzrə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycandakı fəaliyyətinin son 18 ili ərzində şirkətin ölkə iqtisadiyyatına yatırdığı investisiyaların ümumi həcmi 1,67 milyard manat təşkil edib.

2014-cü ildə şirkət Azərbaycanın dövlət büdcəsinə vergi şəklində 112 milyon manat ödəyib. Ölkədəki fəaliyyətinin bütün dövrü ərzində şirkətin vergi ödənişləri 1,11 milyard manat olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti