Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
May ayında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı aprellə müqayisədə 8,8 faiz artaraq 34 478 ədəd təşkil edib. Bu barədə Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən deyiblər.
Mərkəzin məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 20 845 ədəd düşüb, 6 099 ədəd hüquqi şəxslərə, 7 534 ədəd isə vətəndaşlara verilib.
"Elektron hökumət" portalında (e-gov.az) təsdiq edilmiş elektron xidmətlərin sayı 454 ədəd təşkil edir və portalda 333 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 481 ədəd təşkil edir.