...

“Nar” gücləndirilmiş şəbəkəsi ilə bölgələrdəki abunəçilərin görüşünə gəlir

Telekommunikasiya Materials 9 Oktyabr 2015 12:36 (UTC +04:00)
Mobil operatorun şəbəkəsi ölkənin bütün bölgələrini əhatə edir.
“Nar” gücləndirilmiş şəbəkəsi ilə bölgələrdəki abunəçilərin görüşünə gəlir

Azərbaycan, Bakı, 9 oktyabr /Trend/

Mobil operatorun şəbəkəsi ölkənin bütün bölgələrini əhatə edir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Nar" özünün gücləndirilmiş şəbəkəsi ilə bölgələrdəki abunəçilərin görüşünə gəlir. Bu məqsədlə, respublikanın 16 bölgəsində kompleks tədbirlərin təşkil edilməsi prosesi həyata keçirilir. 17 gün davam edəcək silsilə tədbirlər müxtəlif şəhər və rayonlarda təşkil edilir. Görüşlər müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunur.

Qeyd edək ki, mobil operatorun gücləndirilmiş şəbəkəsi respublikanın bütün bölgələrini əhatə edir. Bölgələrdəki abunəçilər mobil operatorun sərfəli tarif və kampaniyalarından artıq tam və səmərəli istifadə edə bilirlər. Burada abunəçilərə 4 nəfərə pulsuz danışıq imkanı verən "Ailəm" paketi haqqında ətraflı məlumat verilir. "Nar" əyləncəli tədbir iştirakçılarını və müsabiqə qaliblərini müxtəlif hədiyyələrlə mükafatlandırır.

Tədbirlərin keçirilmə nöqtələri haqqında ətraflı məlumatı operatorun rəsmi "Facebook" səhifəsindən ala bilərsiniz: https://www.facebook.com/Nar/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti