...

"Microsoft" məktəblilərə proqramlaşdırmanın əsaslarını öyrədir (FOTO)

Telekommunikasiya Materials 23 İyun 2017 10:35 (UTC +04:00)
“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilərə “Kod Saatı” (“Hour of Code”) layihəsini təqdim edib.
"Microsoft" məktəblilərə proqramlaşdırmanın əsaslarını öyrədir (FOTO)

Bakı. Trend:

“Microsoft Azerbaijan” şirkəti Azərbaycan Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilərə “Kod Saatı” (“Hour of Code”) layihəsini təqdim edib.

Şirkətdən Trend-ə verilən məlumata görə, layihənin əsas məqsədi uşaqlara proqramlaşdırmanın necə maraqlı, asan və əlçatan olmasının çatdırılmasıdır.

Layihə çərçivəsində “Microsoft Azerbaijan” şirkətinin komandası Bakının 220 saylı orta məktəbini, Azərbaycan Britaniya Kollecini, həmçinin Gəncənin 4 və 27 saylı məktəblərini ziyarət edib. Məktəblərə səfər zamanı məktəblilərə sürətlə inkişaf edən texnologiya sahəsində fəaliyyətə başlamalarına və cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanı yaradan bu cür tədbirlərin əhəmiyyəti vurğulanıb. Görüşdə Azərbaycan, ingilis və rus sektorlarının III və VI siniflərində təhsil alan məktəblilər iştirak edib. Məktəblilərlə söhbət zamanı onların gələcək ixtisasları barədə sorğu keçirilib. Cavablar gözlənilən olub: həkim, psixoloq, müəllim, dizayner, modelçi və s. Lakin “Microsoft Azerbaijan” komandası praktikada məktəblilərə onların hər gün qarşılaşdığı, amma fikir vermədikləri tipik alqoritmi necə tətbiq etməyi göstərəndən sonra məktəblilər proqramçı olmaq istədiklərini etiraf ediblər. Tədbir çərçivəsində təcrübə əldə etmiş məktəblilər fantaziyaları və bacarıqlarını istifadə edərək “JavaScript” dilində sadə proqramlar yaza biliblər. “Microsoft Azerbaijan” komandası sözügedən təşəbbüsü ölkənin digər təhsil müəssisələrində davam etdirməyi planlaşdırır.

“Kod Saatı” təşəbbüsü proqramlaşdırmanın populyarlaşdırılması ilə məşğul olan “Code.org” publik qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub. Azərbaycanda bu aksiya “Microsoft Azerbaijan” şirkəti tərəfindən keçirilir və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyinin dəstəklənir. “Kod Saatı” – məktəblilərin diqqətini iqtisadiyyatın perspektiv sahələrindən biri sayılan – informasiya texnologiyalarına cəlb etmək üçün effektli bir vasitədir.

Bundan başqa, məktəblilərə proqramlaşdırma və elektronikanın öyrədilməsi üçün xüsusi qurğu sayılan birplatalı “Micro Bit” kompüteri təqdim olunub. “Micro Bit” “Cortex-M0” prosesorunun ARM bazasında işləyir və “Bluetooth LE”, “microUSB”, 5 daxiletmə-çıxarılma klemması və qırmızı rəngdə 25 ədəd işıq diodu ilə təchiz olunub. Qurğuda, həmçinin, iki proqramlaşdırma düyməsi, akselerometr və maqnitometr mövcuddur. “Micro Bit” iki ədəd AA batareyası ilə işləyir və ya USB-dən qidalana bilər.

“Hazırda uşaqların əksəriyyəti karyeralarını informasiya texnologiyaları sahəsində qurmağı planlaşdırır. Bu gün Azərbaycanda sürətli templərlə inkişaf edən informasiya texnologiyaları sahəsi kadr çatışmamazlığı ilə üzləşir. “Kod Saatı” təşəbbüsü məhz informasiya texnologiyaları sahəsinə gənclərin marağının artırılmasına yönəldilib. Məktəblərə gəlməmişdən öncə biz “Kod Saatı”nı ofisimizdə əməkdaşlarımızın uşaqları üçün təşkil etdik, belə ki, biz informasiya texnologiyalarının əhəmiyyətini ailələrimizə nümayiş etdirmək istərdik. Biz yeni ideyalara böyük önəm veririk və məhz bununla təhsilin transformasiyasını dəstəkləyirik ki, gələcək nəsil yeni çağırışları artıq hazırlıqlı qarşılaya bilsin”, - deyə “Microsoft Azerbaijan” şirkətinin baş direktoru Sərxan Həşimov bildirib.

“Kod Saatı” təşəbbüsü – 180 ölkədən artıq milyonlarla tələbə və məktəblini əhatı edən qlobal bir hərəkatdır. Hər kəs istənilən ölkədə “Kod Saatı”nın təşkilatçısı ola bilər. Öncədən heç bir hazırlıq tələb etməyən birsaatlıq dərslər 40-dan çox dildə əlçatandır. #CoolMSAz

Məqalədə:
Xəbər lenti

Xəbər lenti