Bakı. Trend:
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 30.06.2017-ci il tarixdə saat 1230-da Quba şəhərində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərinə göstərilən nəqliyyat, telekommunikasiya (o cümlədən, internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.
Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, 012 598 38 18 nömrəli telefon vasitəsi ilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün:
Quba rayonunda 023 3355050
Qusar rayonunda 023 3853157
Xaçmaz rayonunda 023 3252218
Şabran rayonunda 023 3532004
Siyəzən rayonunda 023 3040120
Xızı rayonunda 023 3150100
nömrəli telefonlara zəng etmələri xahiş olunur.