Bakı. Sədrəddin Ağcayev - Trend:
2020-ci ilin dekabrında .az domenində 66 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşüb. Bu, milli domendə qeydiyyata alınan internet resurslara hücumun 0,18 faizini təşkil edir.
Trend bu barədə "Netcraft" analitika şirkətinin hesabatına istinadən məlumat verir.
Ümumilikdə, yerli domendə 547 sayt fişinq hücumuna məruz qalıb ki, bu da noyabr ayı ilə müqayisədə 15,7 faiz çoxdur.
Bu günədək .az domenində 36 mindən çox sayt qeydiyyatdan keçib.
"Netcraft"-ın məlumatına əsasən, Ukraynada hər 204 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşür.
Özbəkistanda 518 sayta 1, Rusiyada 71 sayta 1, Belarusda 979 sayta 1, Qazaxıstanda 900 sayta 1, Gürcüstanda 218 sayta 1, Latviyada 93 sayta 1, Estoniyada 175 sayta 1, Litvada 158 sayta 1 hücum düşür.