...

Azərbaycan Türkiyənin peyk rabitəsi operatoru ilə fəal əməkdaşlıq edir - Sədr müavini

Telekommunikasiya Materials 27 Aprel 2021 13:51 (UTC +04:00)
Azərbaycan Türkiyənin peyk rabitəsi operatoru ilə fəal əməkdaşlıq edir - Sədr müavini

Bakı. Sədrəddin Ağcayev - Trend:

Azərbaycan hökuməti Türkiyənin "Türksat" peyk rabitəsi operatoru ilə fəal əməkdaşlıq edir.

Trend-in məlumatına görə, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Dövlət Agentliyinin (ASAN Xidmət) sədr müavini Ceyhun Salmanov “Rəqəmsal idarəetmədə süni intellekt” (AIFORDIGIGOV) konfransında deyib.

O bildirib ki, bu sahədə "Türksat"ın proqramları tətbiq olunur, mütəmadi olaraq təcrübə mübadiləsi aparılır.

Öz növbəsində "Türksat"ın baş meneceri Həsən Ertok bildirib ki, 2008-ci ildən etibarən Türkiyədə əhaliyə elektron hökumət xidmətlərinin göstərilməsi layihəsi icra olunur:

"Bu müddət ərzində vətəndaşların 54 milyondan çox müraciəti qəbul edilib. 500-dən çox xidmət təqdim etmişik".

H.Ertok əlavə edib ki, "Türksat" "ağıllı şəhər"lər yaratmaq məqsədilə Türkiyənin universitet və akademiyaları ilə əməkdaşlıq etməyi planlaşdırır.

(Tərcümə: Orxan Nəbiyev)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti