...

Klassik və qeyri-səlis məntiq nədir?

Telekommunikasiya Materials 8 Mart 2022 13:26 (UTC +04:00)
Klassik və qeyri-səlis məntiq nədir?
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-səlis məntiq (Bulanıq məntiq və ya qeyri-səlis çoxluq nəzəriyyəsi də adlandırılır) — riyaziyyatın bir bölməsi olub, klassik məntiq və çoxluq anlayışlarını özündə ümumiləşdirir. Qeyri-səlis məntiq anlayışı 1965-ci ildə Lütfi Zadə tərəfindən irəli sürülüb. Adi məntiqi məsələlərdə qiymət 1 və 0 olmalıdırsa, qeyri-səlis məntiqə aid məsələlərdə qiymətlər 0-1 intervalında olur.

2 cür məntiq var - Aristotel və Lütfizadə məntiqi.

Aristotel məntiqi nədir?

Yunan filosofu Aristotelin belə bir fəlsəfi deyimi var - Bir insanın dediyi ya doğrudur, ya yalan. Bu, klassik məntiqə misaldır. Klassik məntiq hə, yaxud yox, 1 və yaxud 0, qara və yaxud ağ, isti və yaxud soyuq qiymətlər alır.

Lütfizadə məntiqi nədir?

Fərz edək ki, 1 doğru, 0 isə yalandır. Bəs, o zaman 0.5 doğru, yoxsa yalandır? Qeyri-səlis məntiqdə bu, cüzi hissəsi yalan olan doğru deməkdir. 0.2-də isə əksinə, az hissəsi doğru olan yalandır.

Tam ağ və tam qara olmayan rəngdə ola bilər. Elə bir rəng ki, orada həm ağ, həm də qara rəng ola bilər (Çəhrayı rəng). İsti və soyuq arasında bir çox proses olur. Çox isti, ilıq, az soyuq, çox soyuq da ola bilər. Qeyri-səlis məntiq də bunu deməyə çalışır. Klassik məntiqdən fərqli olaraq qeyri-səlis məntiq insan beyninin iş prinsipinə, düşüncəsinə daha yaxındır. Əslində, biz də məlumatın dəqiqliyi və vacibliyi arasında tarazlıq yaradırıq. Yəni məlumat dəqiq və bizə tam aydın olmayan formada olmaya da bilər. Amma həmin məlumatla işləmək vacib ola bilər.

Biz səkinin üstü ilə gedirik. Görürük ki, avtomobil yol ilə hərəkət edir. Yolu keçmək istəyən adam təhlükənin fərqində deyil. Bu zaman bizə avtomobilin sürəti haqqında məlumatlar məlum deyil. Əslində, bizə gərək də deyil. Biz, sadəcə, həmən insanı xəbərdar edirik ki, təhlükə var. Bu zaman biz əlimizdə olan informasiyadan istifadə etmiş oluruq. Qeyri-səlis məntiq yalnız hazırda əldə olan məlumatları nəzərdən keçirərək verilən düzgün qərarla müəyyən problemin həllində kömək edir. Onun mükəmməlliyi də yalan və doğru arasındakı bütün imkanları nəzərdən keçirən insanın qərar qəbul etmə yolunu təqlid etməsidir. Lütfizadə komputerin hansısa bir problemə məhz insanın yanaşacağı tərzdə yanaşmağın yolunu tapmaq istəyirdi.

Hazırda qeyri-səlis məntiq məişətdə istifadə etdiyimiz yuyucu maşın, tozsoran və s. kimi cihazlardan tutmuş, müasir avtomobillərin sürətlər qutusunda və sürüşməyə qarşı tormoz (ABS) sistemlərinə kimi, pilotsuz uçuş aparatlarında, hava proqnozlarının hazırlanmasında, robototexnikada tətbiq olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti