...

Mobil tətbiq üçün Web Coder-ə müraciət edin!

Telekommunikasiya Materials 18 Mart 2022 23:40 (UTC +04:00)
Mobil tətbiq üçün Web Coder-ə müraciət edin!

Bakı. Trend:

İnsanların əksəriyyəti rəqəmsal mediadan istər masaüstü, istərsə də mobil telefonlarda istifadə edir. Hər iki platformanın çox sayda istifadəçisi var. Mobil və onunla əlaqəli texnologiyalar dünya miqyasında populyarlıq qazandıqca insanların heç bir maneə olmadan daha rahatlıqla texnologiyalardan yararlanma gözləntiləri gündən-günə yüksəlir. Bu baxımdan mobil tətbiqiniz üçün UI/UX dizaynının rolu danılmazdır.

Mobil proqramın UI/UX dizaynı istifadəçi təcrübəsini artırır və buna görə də mobil tətbiqinizin uğurunda əsas rol oynayır. UI/UX dizaynının rolunu anlamaq üçün əvvəlcə hər iki terminin izahını bilmək gərəklidir.

“UI” abbreviaturası ingilis dilində “User Interface” olub istifadəçi interfeysi deməkdir. Bu dizayn, istifadəçilərin mobil proqramla qarşılıqlı əlaqəsidir. İstifadəçi interfeysinə tətbiqin bütün idarəetmələri, düymələri, blokları və elementləri daxildir.

İstifadəçi interfeysinin məqsədi istifadəçi ilə proqram arasında səmərəli və effektiv qarşılıqlı əlaqəni yaratmaqdır. UI-nin yaradılması dedikdə rəng və ən son dizayn prinsiplərinin seçilməsi nəzərdə tutulur.

“UX” abbreviaturası isə ingilis dilində “User Experience” olub, istifadəçi təcrübəsi deməkdir. UX-ın başlıca məqsədi isə istifadə rahatlığı və istifadəçinin sayta daxil olarkən saytda asan şəkildə axtarış etməkdir. Daha dəqiq desək, mobil tətbiqin işləmə üsulunu müəyyənləşdirməyi və istifadəçilərin tələblərinə cavab verməyi əhatə edir. UX aydın, rahat və istifadəçi dostu olmalıdır.

Proqramçı üçün mobil proqramda UI/UX-in rolunu bilmək vacibdir. Siz əla funksionallığı olan bir mobil tətbiq yarada bilərsiniz, lakin dizayn hissəsinə diqqət yetirilməzsə, bu, tətbiqi yararsız edəcək. Tətbiqin uğurlu olması üçün onun funksionallığı və UI/UX arasında düzgün balansın olması vacibdir.

Ümumiyyətlə, mobil proqramların işlənib hazırlanmasının biznes üçün əhəmiyyəti bu gün göz qabağındadır, çünki getdikcə daha çox istifadəçi işlərini virtual şəkildə yerinə yetirmək istəyir.

Digər tərəfdən, müəssisələr də fəaliyyət tərzini dəyişir və bu da bazarda rəqabəti gücləndirir. Rəqabət üstünlüyü təkcə başqalarında olmayan bir mobil proqrama sahib olmaq deyil. Bu, həm də müştərilərin ehtiyaclarını ödəməkdən ibarətdir: tətbiqlər şirkət və müştəri arasında güclü əlaqə yaradır. Funksional və istifadəsi asan bir tətbiq birbaşa uğur deməkdir.
Bu uğuru əldə etmək yolunda Web Coder komandası sizə kömək olmağa daim hazırdır!

MOBİL TƏTBİQlərin hazırlanması üzrə Web Coder şirkətinin xidmətlərinə daxildir:
✔️Xüsusi iOS, Android, Windows proqramlarının yaradılması
✔️Native və müxtəlif platforma həlləri
✔️UI/UX dizaynı
✔️Konsaltinq və prototipləşdirmə
✔️Avtomatlaşdırılmış sınaq
✔️Texniki dəstək

Məqalədə:
Xəbər lenti

Xəbər lenti