...

Çili nümayəndə heyəti Azərkosmosda olub

Telekommunikasiya Materials 10 Sentyabr 2022 10:23 (UTC +04:00)
Çili nümayəndə heyəti Azərkosmosda olub

Bakı. Trend:

Çili Respublikasının Bernardo Ohiggins Universitetinin təmsilçiləri və astrofiziklərdən ibarət nümayəndə heyəti Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olublar. Qonaqlar arasında kosmik tədqiqatlar sahəsində görkəmli alim, ABŞ-nin Merilend Universitetinin professoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, akademik Roald Saqdeyev də olub.

Azərkosmosda keçirilən görüşdə Azərbaycanın müasir kosmik sənayesinin inkişaf yolu, Kosmik Agentliyin fəaliyyət istiqamətləri və gələcək planları, ölkənin peyk layihələri, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr barədə məlumat verilib.

Qonaqlarla kosmosun imkanları, cəmiyyət və iqtisadiyyatın inkişafına qatdığı dəyər, kosmik sənayenin elm, texnologiya və innovasiyaya verdiyi töhfə, kosmik hüquq və beynəlxalq əlaqələr barədə fikir mübadiləsi aparılıb. Görüşdə kosmik sahənin dünyanın hərtərəfli inkişafı üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb. Müasir dövrdə dayanıqlı inkişaf üçün kosmik texnologiyaların olması və bu istiqamətdə beynəlxalq əlaqələrin güclənməsinin vacibliyi qeyd olunub.

Görüş kosmik sahədə təhsil istiqamətində Çili ilə əməkdaşlığa və mütəxəssislərin yetişdirilməsi üzrə təcrübə mübadiləsinə dair müzakirələrlə davam edib.

Qonaqlara 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin hazırlıq işləri haqqında da məlumat verilib. Çilinin kosmik sahə üzrə fəaliyyət göstərən qurumları Beynəlxalq Astronavtika Konqresində aktiv iştirak etməyə dəvət olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti