...

Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb

Telekommunikasiya Materials 13 Aprel 2023 10:54 (UTC +04:00)
Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda süni intellektin tətbiqi üzrə yol xəritəsi hazırlanıb.

Trend xəbər verir ki, bu barədə cümə axşamı Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinin icraçı direktoru Tamerlan Tağıyev "Dayanıqlı inkişaf üçün texnologiyalar: 4Sİ texnologiyaları və bulud həlləri" mövzusunda tədbirdə deyib.

Onun sözlərinə görə, bu yol xəritəsi çərçivəsində süni intellektin ticarət sektoruna inteqrasiyası planlaşdırılır.

"Bu gün Azərbaycanda rəqəmsal dövriyyə aktiv şəkildə inkişaf edir və süni intellektin bu sektorda tətbiqi inkişafın sürətlənməsi üçün əlavə addımdır. Bundan başqa, rəqəmsal inkişaf üzrə beynəlxalq təşkilatlardan olan həmkarlarla birgə strategiyanın hazırlanması, xüsusən internetin sürətinin artırılması, əhatə dairələrinin genişləndirilməsi, müvafiq şəraitin yaradılması, maliyyə vəsaitinin əlçatanlığının təmin edilməsi, vençur kapitallarının formalaşması, habelə ölkənin rayonlarının rəqəmsal inkişafı üzrə işlər aparılır", - o deyib.

T.Tağıyev qeyd edib ki, bütün bu işlər iqtisadiyyatın yüksəlişini, ölkədə rəqəmsallaşmanı, həmçinin innovasiya məhsullarının yaradılmasını sürətləndirməyə imkan verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti