Bakı. Trend:
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ilə Dünya İqtisadi Forumu bir sıra istiqamətlər üzrə çərçivə sənədlər hazırlayır.
Trend bazar ertəsi xəbər verir ki, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin icraçı direktoru Fariz Cəfərov "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində "Milli iqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqi"nə həsr olunmuş "Yeni nəsil iqtisadiyyatda Süni intellekt: çağırışlar və imkanlar" tədbirində çıxışında deyib.
"Bugünkü iclasda süni intellektin dəstəklənməsi ilə əlaqədar çərçivə sənədi hazırlanıb. Sənəd Dünya İqtisadi Forumunda ingilis, ispan və azərbaycan dillərində olmaqla üç dildə təqdim olunub. Qürur duyuruq ki, mütəxəssislərimiz bu sənədi tərcümə edərək həmkarlarımıza təqdim ediblər.
Bundan başqa, Azərbaycanda “Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) hazırlamışıq. Üç istiqamət (proseslərin təhlili, texnologiyaların təhlili, təşkilati strukturun təhlili) üzrə hər bir sənaye obyektini təhlil etməklə onlar üçün rəqəmsal yol xəritəsi hazırlayırıq. Bu istiqamətdə bizi Sinqapur və Türkiyədən həmkarlarımız dəstəkləyir. Bu qiymətləndirmə "SOCAR Polymer" ASC və "Azergold" ASC-də tətbiq olunur və onlar üçün yol xəritəsi hazırlanıb. Bu qiymətləndirmənin "SOCAR"ın üç alt təşkilatında tətbiqinin növbəti mərhələsində qiymətləndirmə sayəsində təşkilatın rəqəmsallaşma yolunda olduğu mərhələnin əks olunacağı (həm təşkilati struktur, həm idarəetmə modeli, həm də texnoloji vəziyyət kimi) nəzərdə tutulut", - deyə o, əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)