...

Ötən ay dövlət qurumlarının informasiya sistemlərinə 49 kiberhücum faktı aşkarlanıb

Telekommunikasiya Materials 3 Dekabr 2025 14:48 (UTC +04:00)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Dövlət qurumlarının informasiya sistemlərində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən aparılan daimi monitorinq nəticəsində aşkarlanan kiberhücumların təhlilinə əsasən cari ilin noyabr ayı üzrə 49 kiberhücum göstəricisi (IOC – “Indicator of Compromise”) müəyyən edilərək mərkəzləşdirilmiş qaydada bloklanıb.

Trend XRİTDX-ə istinadən xəbər verir ki, bu kibertəhdidlərin 41-i daxili araşdırma, 9-u isə dövlət qurumlarının müraciətləri əsasında müəyyən olunub.

Bildirilib ki, bundan əlavə 2025-ci ilin noyabr ayı ərzində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən “AzStateNet” şəbəkəsi üzrə 20 932 797 zərərli keçid, şəbəkə təhlükəsizliyi sahəsində əhəmiyyətli konsept olan "Sandbox" mühafizə sistemi vasitəsilə isə 4 505 zərərverici tərkibli elektron sənəd qeydə alınaraq bloklanmıb.

Bununla yanaşı son istifadəçilərdə quraşdırılan təhlükəsizlik həlləri (mərkəzləşdirilmiş antivirus sistemi) vasitəsilə 300 412 sayda zərərli fəaliyyətin qarşısı alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti