...

Əli Abbasov: "Azərbaycan xüsusi rabitə peykinin buraxılmasını iqtisadi cəhətdən məqsədəuyğun hesab etmir"

Telekommunikasiya Materials 20 Fevral 2006 12:55 (UTC +04:00)

"Azərbaycan rabitə peykinin buraxılmasını iqtisadi cəhətdən məqsədəuyğun hesab etmir". Trend in xəbər verdiyi kimi, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Nazir hesab edir ki, hazırda Azərbaycanda TAE fibrooptik kabel magistralı infrastrukturu kifayət qədər inkişaf edib.

"Əgər biz Xəzər dənizinin dibində fibrooptik magistralın çəkilməsi ilə bağlı Qazaxıstanla razılıq əldə edə və yaxın perspektivdə bu planları həyata keçirə bilsək, o zaman Azərbaycan tərəfindən rabitə peykinin buraxılması iqtisadi cəhətdən əlverişli deyil", - deyə Ə.Abbasov qeyd edib.

Xəbər lenti

Xəbər lenti