...

Pakistan Azərbaycana rabitə sektorunun dövlət nizamlanması sahəsində texniki yardım göstərəcək

Telekommunikasiya Materials 24 Fevral 2006 14:48 (UTC +04:00)

Pakistan Azərbaycanın rabitə sektorunun dövlət nizamlanması sahəsində b uölkəyə texniki yardım göstərəcək. Trend in Pakistanın KİV-nə istinadən verdiyi məlumata görə, bu barədə bu günlərdə hər iki ölkənin rabitə və informasiya texnologiyaları nazirlərinin görüşünün yekunlarından sonra məlum olub.

"Azərbaycan İT sektorunda bizim uğurlarımıza diqqət yetirən Paksistandan yardım istəyib və biz rabitə sisteminin yenidən nizamlanması üzrə texniki yardımla təmin olunmaq barədə razılıq əldə etdik ", - deyə Pakistanın İnformasiya texnologiyaları naziri O. Əhməd Xan Legari bildirib.

Nazirlər bu sahədə əməkdaşlığın genişləndirilməsi yollarını, iki ölkə arasında fibrooptik kabel magistralların çəkilməsi perspektivlərini müzakirə ediblər.

Pakistan Azərbaycana rabitə sahəsində maraqlı dairələrlə taktika və tənzimlənmənin işlənməsi üçün simpoziumun və məsləhətləşmələrin keçirilməsi ilə bağlı texniki nümayəndə heyətinin göndərilməsini təklif edib.

Azərbaycanın rabitə naziri Əli Abbasov Pakistana Azərbaycanın qonşu Türkiyə, İran, Gürcüstan da daxil olmaqla tikmək istədiyi sualtı TransAsiya -Avropa (TAA) magistralının tikintisi layihəsində iştirak etməyi təklif edib. Legari bildirib ki, Pakistan Azərbaycanın planlaşdırdığı bu və ya digcər konsorsiumun hissəsi ola bilər. Lakin TAA trafikindən istifadə üzrə tariflər bunun əvəzində 2 sualtı kabel magistralından istifadəyə üstünlük verdikləri operatorlar üçün çox yüksək olacaq. O qeyd edib ki, Pakistan beynəlxalq birləşmə üçün etibarlı və daha ucuz olan Mərkəzi Asiya regionu üçün dəhliz rolunu oynaya bilər.

Azərbaycanın rabitə naziri qeyd edib ki, onun ölkəsi xərclərin yüksək olması ilə bağlı 90% istifadə qabiliyyəti olmayan TAA magistralının dəyəri barədə problemi anlayır.

"Azərbaycan Türkiyə,Ukrayna, Gürcüstan və Rusiya ilə danışıqlar aparır və ümid edirik ki, qiymətlə bağlı problemlər ən yaxın zamanda həll olunacaq", - deyə A.Abbasov qeyd edib.

Azərbaycanın rabitə nazirinin Pakistana səfəri fevralın 20-də başlayacaq.

Xəbər lenti

Xəbər lenti