...

Azərbaycanın rabitə naziri Fransanın ölkəmizdəki səfiri ilə görüşüb

Telekommunikasiya Materials 6 Aprel 2006 20:03 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin rəhbəri Əli Abbasov Fransanın Bakıdakı səfiri Bernar Amodrika dyu Şafonu qəbul edib. Trend in verdiyi məlumata görə, bu barədə nazirliyin aprelin 6-da yaydığı məlumatda bildirilir.

Görüş zamanı səfir ölkədə informasiya texnologiyalarının inkişafından, Fransanın Alkatel və SAGEM şirkətlərinin fəaliyyəti üçün yaradılan şəraitdən razı qaldığını bildirib.

Ə.Abbasov səfiri ölkədə IT sahəsində aparılan islahatlar, eləcə də, ölkədə azad iqtisadi zonaların yaradılması üzrə işlər barədə məlumatlandırıb.

Bundan əlavə, görüşdə nazirliyin 25 iri İKT şirkəti nümayəndələrinin beynəlxalq konfransda iştirakı razılaşdırılıb.

Xəbər lenti

Xəbər lenti