...

Bakıda informasiya cəmiyyətinə həsr olunmuş görüş keçirilib

Telekommunikasiya Materials 17 May 2006 17:03 (UTC +04:00)

Mayın 17-də Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları institutunda Ümumdünya İnformasiya Gününə həsr edilmiş tədbir keçirilib. Trend in verdiyi məlumata görə, tədbirdə dövlət strukturların, özəl sektorun, IT şirkətlərinin nümayəndələri iştirak edib.

Tədbirin təşkilatçıları Rabitə və İnformasiya texnologiyaları Nazirliyi, Milli Elmlər Akademiyası, eləcə də Təhsil Nazirliyidir.

Görüşü rabitə naziri Əli Abbasov açıb və informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən islahatlardan, eləcə də, son illər ərzində Azərbayxanda qanunvericilik aktlarının hazırlanmasından, "Elektron Azərbaycan" dövlət proqramının qəbul edilməsindən, eləcə də "Elektron imzalar və elektron sənədlər barədə" qanun və s. barədə danışıb.

Nazir bildirib ki, hazırda bizim əsas məqsədimiz azad iqtisadi zonaların, eləcə də, texnoloji parkların yaradılması, İKT məhsullarının istehsalı üzrə imkanların genişləndirilməsi, Azərbaycanın informasiya sahəsində tranzit ölkəyə çevrilməsi, eləcə də IT sahəsində ixtisaslı kadrların hazırlanmasından ibarətdir.

Sonra toplantıda təhsil naziri Misir Mərdanov "Təhsil sahəsində informasiya texnologiyalarının rolu" mövzusunda, EA-nın vitse-prezidenti Arif Mehdiyev, İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev çıxış edib.

Görüşün sonunda Rabitə Nazirliyi, Bakı Dövlət Universiteti və İTİ-nun birgə təşkil etdiyi məktəblilər arasında informatika üzrə olimpiadanın qaliblərinə diplomlar və pul mükafatları verilib.

Bundan əlavə, Rabitə Nazirliyi Ümumdünya İnformasiya cəmiyyəti Gününə həsr olunmüş xüsusi poçt markaları buraxıb.

Xəbər lenti

Xəbər lenti