...

Teleradio İB Azərbaycanda keyfiyyətsiz radio-televiziya yayımının əsas problemlərini aşkar edib

Telekommunikasiya Materials 28 İyul 2006 17:56 (UTC +04:00)

Teleradio İB tərəftndən aparılmış monitorinq nəticəsində müəyyən edilib ki, Azərbaycanda keyfiyyətsiz radio-televiziya yayımının əsas səbəbləri yayım şəbəkəsi üçün avadanlıq çatışmazlığı, onların az gücə malik olması, yayım stansiyalarının layihələndirilməsi, yerləşdirilməsi və istismarında buraxılan səhvlərdir. Trend in xəbər verdiyi kimi, bu barədə Teleradio İB-in rəhbəri İlham Əhədov məlumat verib.

Bu problemləri aradan qaldırmaq üçün İB əhalinin 95%-ni əhatə edəcək optimal yayım şəbəkəsinin tətbiqini təklif edir. Bunun üçün müəyyən edilmiş stansiyalarda 6 ədəd 5 kVt, 3 ədəd 2 kVt, 3 ədəd 1 kVt, 10 ədəd 500 Vt, 6 ədəd 100 Vt verici quraşdırılmalıdır. Bu işlərə $990 min tələb olunacaq.

Dövlət strukturunun başçısı qeyd edib ki, hündür mərtəbəli binalarda radio-televiziya yayımında olan problemləri həll etmək üçün qurğular kabelləşdirilməlidir. Bir binanın kabelləşdirilməsi 480-500 dollara başa gələ bilər. "Bundan başqa rəqəmsal radio-televiziya yayımının istismara verilməsi bu məsələni həll edə bilər", - deyə İ.Əhədov bildirib.

Xəbər lenti

Xəbər lenti