Aztelekom İstehsal Birliyinin İsmayıllı Telekommunikasiya Qovşağı (TKQ) tender elan edib. Trend in xəbər verdiyi kimi, tender mövcud ATS-in tutumunun tam istismarı üçün 50 dəst FSM-12 avadanlığının alınması üzrə keçirilir.
Təkliflər noyabr ayının 5-dək qəbul olunacaq. Tender təklifləri paketi noyabrın 6-da TKQ-da açılacaq.
Digər tender Düzqırıqlı kəndində 768, Qəribli kəndində 12830 nömrə tutumlu EATS-in quraşdırılması üzrə Tovuz TKQ tərəfindən elan edilib. Maraqlanan şəxslərin təklifləri oktyabrın 30-dək qəbul olunacaq.
Regionlarda rabitənin elektronlaşdırılması və köhnə ATS-in yenidən qurulması üzrə işlər Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramına əsasən həyata keçirilir. Bu gün regionlarda elektron ATS-in payı 70%-dək təşkil edir. Bu göstərici respublika üzrə 60%-ə çatıb.