...

Azərbaycan Rabitə Nazirliyi radio-televiziya yayım gününü qeyd edib

Telekommunikasiya Materials 8 Noyabr 2006 20:18 (UTC +04:00)

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi radionun 80, televiziyanın isə 50 illiyini qeyd edib. Trend -in nazirliyin Mətbuat Xidmətinə istinadən verdiyi məlumata görə, tədbirdə Rabitə Nazirliyi Aparatının rəhbərliyi, şöbə müdirləri, Teleradio İstehsalat Birliyinin əməkdaşları və başqaları iştirak edib.

Tədbiri rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov açıb və nazir Əli Abbasovun təbrikini çatdıraraq ölkədə Radio-televiziya yayımın tarixi haqqında danışıb.

"Teleradio" İB-nin rəhbəri İlham Əhədov müstəqillik dövründə Azərbaycanda radio-televiziya yayımın inkişaf yolları barədə ətraflı məlumat verib.

Radio-televiziya yayım şəbəkəsinin yaradılmasında yaxından iştirak etmiş Sərvər Quliyev, Vaqif Musayev və başqa veteran rabitəçilər çıxış edib.

İB-in bəzi əməkdaşlarına rabitə naziri Əli Abbasovun adından "Fəxri Fərman"lar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti