...

Azərbaycanda hər 100 nəfərə təxminən 40 mobil telefon düşür

Telekommunikasiya Materials 19 Yanvar 2007 13:31 (UTC +04:00)

Azərbaycanda telefon şəbəkəsinin elektronlaşdırılmasının səviyyəsi artır. Bu gün respublikada həmin göstərici 76,1%-ə çatıb, ötən il isə bu rəqəm 63,5% təşkil edib.

Trend nazirliyin maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin başçısı Rəşad Nəbiyevə istinadən xəbər verir ki, Bakı üzrə elektronlaşdırmanın səviyyəsi 84,7%, digər yerlərdə - 66,8% təşkil edir.

Bu dövrdə Bakı telefon şəbəkəsi üzrə köhnə 461/462/463, 466/467, 460/468/469 ATS-lərin 67 min nömrəsinin NGN (Next Generation Network) texnologiyası üzrə yeni EATS-lərə yenidən qurulması həyata keçirilib.

Azərbaycanda hər 100 nəfərə telefon aparatlarının sayı əvvəlki 13,13 ədədlə müqayisədə 14,03 ədəd təşkil edib. Bakı üzrə bu göstərici 31,4 ədədə, ölkənin digər bölgələrində - 9,1 ədədə çatıb.

Mobil rabitədə də artım müşahidə olunur. 1 yanvar 2007-ci il tarixinə olan məlumata görə, Azərbaycanda hər 100 nəfərə 38,7 mobil telefon düşür. 1 yanvar 2006-cı il tarixinin göstəricilərinə əsasən, bu rəqəm 27 telefon təşkil edirdi.

Xəbər lenti

Xəbər lenti