...

Nazir: Azərbaycanın IT sahəsinə birinci yarımildə 65 mln. dollardan çox investisiya qoyulub.

Telekommunikasiya Materials 2 Avqust 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Birinci yarımildə Azərbaycanın rabitə və informasiya texnologiyaları sahəsinə 56,9 mln. manat investisya qoyulub ki, bu da ümumilikdə Azərbaycan iqtisadiyyatına qoyulan investisyalanın 2,1 faizini təşkil edir. Bunu çərşənbə günü Azərbaycanın rabitə və informasiyta texnologiyaları naziri Əli Abbasov Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bildirib.

Onun sözlərinə görə, stasionar telefon aparatlarının sayı 54 min ədəd artaraq 1 mln. 231 min təşkil edib.

"Buna baxamayaraq, bu dünyadakı orta göstəricidən geri qalır"- deyə Abbasov qeyd edib. Hazırda dünyada orta hesabla hər 100 nəfərə 20,2 telefon düşürsə, Azərbaycanda bu rəqəm 14,4 ədəd təşkil edir.

Birinci yarımildə Azərnbaycanın rabitə və informasiya texnologiyaları sahəsində çalışanların əmək haqları 40 faiz artaraq 300 manat təşkil edib ki, bu da ölkədəki orta aylıq əmək haqqını 60 faiz üstələyir.

Xəbər lenti

Xəbər lenti