...

"Azərfon" Heydər Əliyev Kubokunun sponsoru rolunda çıxış edir

Telekommunikasiya Materials 21 Avqust 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərfon" MMC (ticarət nişanı- Nar Mobile) 2007-ci il avqustun 20-də Bakıda İdman-Sərgi Kompleksində start götürən voleybol üzrə Heydər Əliyev Kubokunun sponsoru qismində çıxış edir. Bu barədə şirkətin məlumatında deyilir.

Beynəlxalq səviyyəli yarışda Azərbaycan, Türkiyə, Yunanıstan, Bolqarıstan, İsrail və Ukrayna yığmaları iştirak edirlər.

2007-ci ilin iyununda "Azərfon" MMC Azərbaycan, ABŞ, İngiltərə, Çin və Yeni Zelandiya yığmalarının iştirakı ilə keçirilən otüstü hokkey üzrə birinci beynəlxalq turniri təşkil etmişdir.

Xəbər lenti

Xəbər lenti