Bakı. Trend:
Azərbaycan "The Saudi Food Show 2025" sərgisində iştirak edəcək.
Trend-in əldə etdiyi məlumata görə, sərgi Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində bu ilin 12-14 may tarixlərində keçiriləcək.
Hazırda “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Azərbaycanın sözügedən sərgidə iştirakı ilə əlaqədar olaraq stendin quraşdırılması xidmətlərini yerinə yetirəcək şirkət axtarışındadır.
Qurum sözügedən işləri icra edəcək şirkətə 405 377 manat vəsait verməyə də hazır olduğunu bildirir.
Qeyd edək ki, Azərbaycan ötən ildən etibarən "The Saudi Food Show" sərgisində iştirak edir.