Bakı. Trend:
İsveçin paytaxtı Stokholmdan 70 km aralıda yerləşən Uppsala şəhərində naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 3 nəfər həlak olub.
Trend xəbər verir ki, İsveç polisinin verdiyi məlumata görə, hadisə qətl kimi araşdırılır.
“Atışma nəticəsində üç nəfərin öldüyü təsdiqlənib”, – deyə polis rəsmiləri bildiriblər.
Cinayəti törədən şəxs hadisə yerindən elektrik skuteri ilə qaçıb. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır, həlak olan şəxslərin şəxsiyyəti müəyyənləşdirilir.
Bu insident İsveçdə son dövrlərdə artan silahlı zorakılıq hallarının davamı kimi qiymətləndirilir.