...

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Ermənistan-Azərbaycan münaqişəsi Materials 16 Aprel 2012 09:48 (UTC +04:00)
Düşmən cavab atəşi ilə susdurulub.
Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub

Azərbaycan, Bakı, 16 aprel / Trend müxbir K.Zərbalıyeva/

Ermənistan Silahlı Qüvvələri atəşkəsi pozub.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri aprelin 15-də saat 20:20-dən 20:25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən mövqelərimizi, saat 15:50-dən 16:00-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Xəbər lenti

Xəbər lenti