...

Azərbaycanda şərti maliyyə vahidi dəyişdirilib

Araşdırma Materials 24 İyun 2008 14:16 (UTC +04:00)

Azəırbaycan, Bakı, 24 iyun / Trend / Azərbaycan prezidenti şərti maliyyə vahidlərinin mütləq rəqəmlərlə əvəzlənməsi və bununla əlaqədar olaraq normativ və qanunvericilik aktlarına dəyişikliklər edilməsinə dair sərəncam imzalayıb.

Sənəddə bildirildiyi kimi, Nazirlər Kabineti və digər icra hakimiyyəti orqanlarına sözügedən sərəncamdan irəli gələn normativ aktlara lazımı dəyişikliklərin daxil edilməsi və bir ay ərzində təkliflərin hazırlanması barədə tapşırıq verilib.

Sərəncam imzalandığı gündən etibarən qüvvəyə minir - 20 iyun 2008-ci il.

Şərti maliyyə vahidi 1,1 manata bərabərdir.

Xəbər lenti

Xəbər lenti