...

Azərbaycandan Rusiyaya bir sıra aviareyslərin təxirə salınmasının səbəbləri açıqlanıb

Araşdırma Materials 27 Mart 2012 12:15 (UTC +04:00)
"Ural Hava Yolları" aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə reysinin təxirə salınmasının səbəbləri açıqlanıb.
Azərbaycandan Rusiyaya bir sıra aviareyslərin təxirə salınmasının səbəbləri açıqlanıb

Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir Ə.Həsənov /

"Ural Hava Yolları" aviaşirkətinin Bakı-Moskva marşrutu üzrə reysinin təxirə salınmasının səbəbləri açıqlanıb.

Bundan əvvəl reyslərə biletlərin satışı "Azərbaycan Hava Yolları" QSC tərəfindən həyata keçirilirdi. Lakin martın 25-dən şirkət artıq biletlərin satışını dayandırıb. Bu barədə çərşənbə axşamı Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Məlumata görə, may ayından "Ural Hava Yolları" Moskva-Bakı-Moskva marşrutu üzrə öz reyslərini açmaq niyyətindədir.

Çərşənbə axşamı "İRaero" aviaşirkətindən deyildiyi kimi, Bakı-Omsk reysinin təxirə salınmasının səbəbi kifayət qədər sərnişinin olmamasıdır.

"Ruslayn" aviaşirkətindən şərh almaq hələlik mümkün olmayıb.

Bakıdan Moskva, Perm və Omska aviareyslər təxirə salınıb. "Ruslayn" şirkətinin (Perm və Qroznı), "Ural Hava Yolları" (Moskva), "İRaero" (Omsk) şirkətlərinin reysləri təxirə salınıb.

Xəbər lenti

Xəbər lenti