...

İsraildə Azərbaycan günləri keçiriləcək

Araşdırma Materials 13 Noyabr 2013 19:45 (UTC +04:00)
Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov noyabrın 13-dən 17-dək İsraildə səfərdə olacaq.
İsraildə Azərbaycan günləri keçiriləcək

Azərbaycan, Bakı, 13 noyabr /Trend/

Azərbaycan Parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov noyabrın 13-dən 17-dək İsraildə səfərdə olacaq.

Milli Məclisin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, deputatımız bu ölkədə Azərbaycan günlərinə həsr olunmuş tədbirlərdə iştirak edəcək. Mərasimlərdə Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, bu gün ölkədə müşahidə olunan dinamik inkişaf, əldə edilən nailiyyətlər, həmçinin üzləşdiyimiz problemlər barədə ictimaiyyətə geniş məlumat veriləcək.

Səfər çərçivəsində keçiriləcək görüşlərdə xalqlarımızın bir-birinə olan dostluq münasibətləri, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti