...

"Olympic Moves" proqramının təsnifat mərhələsi 2500 məktəblini yüngül atletikaya cəlb edib (FOTO)

Araşdırma Materials 29 Fevral 2016 12:18 (UTC +04:00)
“Olympic Moves” məktəblilərin idman proqramı çərçivəsində yüngül atletika üzrə Bakı rayon birinciliklərinə yekun vurulub.
"Olympic Moves" proqramının təsnifat mərhələsi 2500 məktəblini yüngül atletikaya cəlb edib (FOTO)

Bakı. Trend:

"Olympic Moves" məktəblilərin idman proqramı çərçivəsində yüngül atletika üzrə Bakı rayon birinciliklərinə yekun vurulub.

4 idman növü üzrə keçirilən "Olympic Moves" proqramı Azərbaycanda Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkətinin təşəbbüsü ilə 2015-ci ilin oktyabr ayından start götürüb və Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Rayon birincilikləri Bakı şəhərinin 300-dən artıq orta ümumtəhsil məktəblərində təhsil alan 2 500-ə yaxın şagirdi yüngül atletika idman növünə cəlb edib. Ümumilikdə isə "Olympic Moves" proqramının ilkin mərhələsi çərçivəsində milli idman federasiyalarının dəstəyi ilə basketbol 3x3, badminton, yüngül atletika və veloidman üzrə keçirilmiş məktəbdaxili yarışlarda 30%-i qızların təşkil etdiyi 50 minə yaxın şagird iştirak edib. Məktəblilərin Bakı birinciliyi Yay Olimpiya Oyunlarının proqramına daxil olan idman növləri üzrə beynəlxalq idman federasiyalarının təsdiq etdiyi qaydalar və "Olimpiya sistemi" əsasında keçirilir.

Rayon yarışlarında fərqlənmiş və Bakı birinciliyinin finalına vəsiqə qazanmış komandalar üçün yüngül atletika üzrə təlim-məşq keçirilib. Sözügedən kütləvi idman tədbirinin məqsədi peşəkar idmançı və məşqçilər vasitəsilə "Olympic Moves" proqramının final mərhələsinə vəsiqə qazanmış Bakı rayonlarını təmsil edən 12 komanda üzvlərinə dəstək olmaqdır.

Məktəblilərə yüngül atletika idman növünün əsaslarını öyrətmək və biliklərini artırmaq üçün Azərbaycan Atletika Federasiyası və yeniyetmələrdən ibarət Azərbaycan milli yığma komandasının üzvləri manejdə bir araya gəliblər. Tədbir Federasiyanın baş məşqçisinin müavini Bəhruz Salehlinin nəzarəti altında keçirilib.

Yerindən uzununa tullanma və 60 metrlik məsafəyə qaçışda məharətlərini göstərən məktəblilər məşqçi və idmançılar tərəfindən düzgün tullanış mövqeyi, tullanış texnikasının əsasları, qaçış qaydaları və s. haqqında ətraflı təlimatlandırılıblar. Tədbir çərçivəsində, həmçinin yeniyetmələrdən ibarət milli yığma komandanın üzvləri məktəblilər üçün nümunəvi çıxışlar nümayiş etdiriblər.

Azərbaycan Atletika Federasiyasının baş məşqçisinin müavini Bəhruz Salehli bildirib: "Yüngül atletika idman növünün məktəblilər arasında "Olympic Moves" proqramı vasitəsilə təbliğ olunması şagirdlərin bu idman növünün əsaslarını öyrənməsinə yardım etməklə yanaşı, həm də onların bədən tərbiyəsi sahəsinə marağını yüksəldəcək. Bu idman növünün əsas prinsiplərini əhatə edən yerindən tullanma və 60 metr məsafəyə qaçış gələcəkdə yüngül atletika ilə məşğul olmaq istəyən məktəblilərin artıq bir addım öndə olmasına gətirib çıxaracaq".

"Olympic Moves" - "Coca-Cola" və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Hollandiya Milli Olimpiya Komitəsi ilə birgə 2001-ci ildə yaradılmış beynəlxalq məktəbli idman proqramıdır. "Olympic Moves" uşaqların daim hərəkətli olmasını təmin edir ki, bu da "Coca-Cola"nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. İcra olunduğu illər ərzində "Olympic Moves" beynəlxalq miqyaslı proqrama çevrilməklə Belçika, Koreya, Yaponiya və hazırda Azərbaycanı da əhatə edir.

""Olympiс Moves" proqramı çərçivəsində keçirilmiş yarış və məşqlər məktəblilər arasında bədən tərbiyəsinin təbliğinə, idmanın inkişafına, həmçinin sağlam həyat tərzinin gücləndirilməsinə təkan verəcək. Bununla yanaşı, yüngül atletika həvəskarlarının artıq bu idman növü ilə peşəkar səviyyədə məşğul olmasına yardım edəcək. Ümid edirəm ki, proqramın köməyi ilə yüngül atletika idman növü məktəblilər arasında kütləviləşəcək", - deyə 5 saylı Olimpiya Ehtiyatları Uşaq-Gənclər Atletika Məktəbinin məşqçi-müəllimi Ceyhun Hüseynov proqramın əhəmiyyəti haqda danışıb.

Qeyd edək ki, 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan "Olimpiya Hərəkatı" proqramı Bakı rayon yarışları ilə davam edib və cari ildə "Bakı 2015" Avropa Oyunlarının yarış obyektlərindən birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.

Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı "Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti