...

Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlanılıb (FOTO/VIDEO)

Araşdırma Materials 1 İyul 2016 12:40 (UTC +04:00)
Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən tikinti işlərinə başlanılıb.
Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisinə başlanılıb (FOTO/VIDEO)

Bakı. Samir Əli - Trend:

Gədəbəy rayonunun Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi ilə bağlı “Azəravtoyol” ASC tərəfindən tikinti işlərinə başlanılıb.

Bu barədə Trend-ə qurumun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun uzunluğu 9,6 km-dir. Yol torpaq və çınqıl örtüklüdür.

Layihəyə əsasən yol 4-cü texniki dərəcəyə uyğun olaraq inşa edilir və 2 hərəkət zolaqlı olacaq. Yol yatağının eni 10 metr olmaqla yolun hərəkət hissəsinin eni 6 metr, hər iki istiqamət üzrə bərkidici zolaq da daxil çiyinlərin eni 2 metr təşkil edəcək.

Hazırda torpaq işləri həyata keçirilir, yol yatağı və yol əsasının tikintisi aparılır. Layihə çərçivəsində suların ötürülməsi üçün su borularının və su keçidlərinin tikintisi işləri də aparılacaq. Torpaq işləri yekinlaşdıqdan sonra yola asfalt-beton örtüyünün döşənməsinə başlanılacaq. Ümumilikdə yolun 60 min m2 sahəsinin 2 qat olmaqla asfaltlanması planlaşdırılır.

9,6 km-lik Novosaratovka-Çobankənd-Novoivanovka avtomobil yolunun tikintisi tərtib olunmuş qrafikə uyğun texnoloji ardıcıllığa riayət olunmaqla aparılır.

Qeyd edək ki, sözügedən yolun tikintisi ilə 5 yaşayış məntəqəsinin 7 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşacaq. Bundan başqa inşa olunacaq yeni yol kənd təsərrüfatının və turizmin inkişafına da gətirib çıxaracaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti