...

Ekspert: BTQ Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək

Nəzər nöqtəsi Materials 31 Oktyabr 2017 15:57 (UTC +04:00)
Bakı-Tbilisi-Qars dəmir yolu Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək
Ekspert: BTQ Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirəcək.

Bunu Trend-ə xarici siyasət üzrə türkiyəli ekspert və “Beyaz Hareket” siyasi hərəkatının baş əlaqələndiricisi Ərdəm Ərən deyib.

Onun sözlərinə görə, BTQ Türkiyə üçün çox vacib iqtisadi layihədir: “Türkiyənin bu layihədən ildə bir milyard dollar gəlir əldə edəcəyi gözlənilir”.

Qeyd edək ki, oktyabrın 30-da BTQ dəmir yolunun açılışı münasibətilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanında təntənəli mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayev, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili, Özbəkistanın Baş naziri Abdulla Aripov, həmçinin Tacikistan və Türkmənistanın nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti