Bəhruz Quliyev: Prezident İlham Əliyev vətəndaşları narahat edən bütün problemlərin qısa müddətdə həll olunacağı anonsunu verdi

Bəhruz Quliyev: Prezident İlham Əliyev vətəndaşları narahat edən bütün problemlərin qısa müddətdə həll olunacağı anonsunu verdi

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsinin əvvəlində ilkin olaraq məhz media barədə irəli sürdüyü önəmli fikirlər belə deməyə zəmin yaradır ki, ölkə başçımız daim mediaya önəm verir, xüsusilə mətbuatın inkişafına dəstək göstərir.

Bunu Trend-ə açıqlamasında “Səs” Media Qrupunun baş direktoru, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, dövlət başçısının öz işini mediaya istinad edərək qurması barədə dediyi fikirlər hər bir mətbuat işçisi üçün bir məsuliyyət faktoru kimi qəbul edilməlidir: “Yəni bu gün mediada çalışan hər bir jurnalist, hər bir mətbuat işçisi öz peşəkarlığını artırmaqla yanaşı, həm də bilməlidir ki, verilən informasiyalar ən ali məqamda diqqət mərkəzində olur, qiymətləndirilir və nəticələr çıxarılır. Əbəs deyil ki, cənab İlham Əliyev bu barədə danışarkən ölkəmizdə cərəyan edən müxtəlif hadisələri mətbuat vasitəsilə öyrəndiyini deyib, eləcə də Azərbaycan mediasının ölkəmizin həyatında bundan da böyük rol oynayacağını vurğulayıb”.

Dövlət başçımızın nəyə görə xarici mediaya daha çox müsahibələr verməsi məsələsinə də toxunan B.Quliyev hesab edir ki, bu addım eyni zamanda Azərbaycan həqiqətlərinin reallıqlarının beynəlxalq aləmə çatdırılmasında böyük əhəmiyyət daşıyır: “Prezident İlham Əliyev bu məsələyə aydınlıq gətirərək qeyd etdi ki, dünyada informasiya müharibəsi gedir və ölkəmizlə bağlı həqiqətə uyğun olmayan saxta materiallar dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Düşünürəm ki, ölkə rəhbərimizin xarici mediaya daha çox müsahibə verməsi inkişaf, tərəqqi və islahatlar yolu tutmuş, heç bir xarici diktəni qəbul etməyən, müstəqil siyasət yürüdən Azərbaycan dövlətinin gerçək tərəflərini çatdırmaq məqsədini daşımaqdadır. Çünki dövlət başçımız dəfələrlə öz çıxışlarında vurğulayıb ki, Azərbaycan gücləndikcə, qüdrəti artdıqca, ona qarşı müxtəlif güclər tərəfindən təzyiqlərə, təhdidlərə yol verilir. Lakin cənab İlham Əliyev ölkə rəhbəri olaraq, xarici medialar vasitəsilə əsl həqiqətləri bütün sübut və dəlilləri ilə ortaya qoyur, saxta informasiyaların ifşa edilməsi üçün ciddi arqumentlərlə beynəlxalq mətbuat çevrəsinə əhəmiyyətli tezislər verir. Bu addımın özü əslində çox mühüm və düşünülmüş strategiyadır ki, Prezident İlham Əliyev tərəfindən reallaşdırılmaqda davam edir”.

Siyasi ekspert qeyd edib ki, bu gün Azərbaycan dövləti sabit və inkişaf edən ölkə olmaqla yanaşı, həm də xarici siyasətin yürüdülməsində bir sıra məqamları əsas olaraq götürür və onlardan biri də milli-mənəvi dəyərlərin qorunması ilə bağlıdır: “Prezident İlham Əliyev müsahibəsində bu kimi incə və kifayət qədər düşünülmüş strateji məqama toxunaraq vurğulayıb ki, onun üçün, bütövlükdə isə Azərbaycan xalqı üçün əsas olan milli dəyərlərdir. Azərbaycan dövləti mühüm hədəf kimi həmin məqamı nəzərdə tutur. Daha dəqiq desək, balanslaşdırılmış siyasət aparıla bilər, amma bu elə olmalıdır ki, həmin siyasət xalqımızın milli maraqlarına cavab versin. Cənab Prezident bu məsələni önə sürərək deyib ki, ölkənin xarici siyasətində milli maraqlar qorunur, mümkün risklər isə aradan qaldırılır. Ona görə də dövlət başçımız “Bizim siyasətimiz milli maraqlar üzərində qurulub” mesajını verərək, bu siyasətin daim həmin xətt üzrə inkişaf etdiriləcəyini bəyan edib”.

B.Quliyev bildirib ki, Prezident İlham Əliyevin həmin istiqamətdə göstərdiyi fəaliyyət və irəli sürdüyü fikirlər əsasında islahatlar, eləcə də həmin islahatlardan bəhrələnən Azərbaycan vətəndaşına xidmət məramı dayanmaqdadır:

“Artıq bildiyimiz kimi, cari ilin əvvəlindən indiyə qədər dövlət başçımız tərəfindən bir sıra inqilabi islahat meyarları müəyyənləşdirildi və həmin islahatlardan səmərə götürən, faydalanan da sadə Azərbaycan vətəndaşı oldu. Şəhid ailələrindən başlayaraq, müharibə əlillərinə, eləcə də sosial təminatı yetərli olmayan insanlarımıza qədər göstərilən dövlət qayğısının təməlində cənab İlham Əliyevin şəxsi təşəbbüsü və siyasi iradəsi dayanmaqdadır. Təbii ki, biz bura minimal əməkhaqlarının qaldırılmasını və s. faktları da əlavə edə bilərik. Ancaq əsas fikir budur ki, dövlət başçımız müsahibəsində nöqsanların da olduğunu qeyd edib, eləcə də vətəndaşları narahat edən bütün problemlərin qısa müddətdə həll olunacağı anonsunu verib. Bax, budur dövlətin vətəndaş amilini prioritet olaraq götürməsi və insan kapitalına dəyər verməsi. Düşünmürəm ki, bu gün dünyanın ən inkişaf etmiş dövlətlərində belə, ölkə rəhbərləri tərəfindən vətəndaşlar üçün bu cür siyasi iradə göstərilsin. Əbəs deyil ki, son illərdə bir sıra aparıcı xarici ölkələrdə Azərbaycanda aparılan ən müasir islahat modellərinə müraciətlər edilir, ideyalar öyrənilir. Buna daha bir misal kimi, Prezident İlham Əliyevin komandasının son illərdəki fəaliyyətlərini də göstərə bilərik. İldə bir neçə dəfə müxtəlif nazirliklərin rəhbərləri hətta ən ucqar bölgələrimizə qədər gedərək, orada yaşayan insanların sosial vəziyyətləri və s. ilə maraqlandır, problemlərini öyrənir, həmin problemlərin həlli üçün müvafiq addımlar atırlar".

Baş redaktor vurğulayıb ki, bütün bunlar Prezident İlham Əliyevin yürütdüyü və uğurlara əsaslanan məntiqi siyasətinin aşkar, bariz göstəriciləridir: "Ona görə də hesab edirəm ki, xalqımız daim dövlətinin yanındadır və dövlət başçımızın da vurğuladığı kimi, dövlət də hər zaman xalqının yanındadır. Bu etimad, bu inam isə, əlbəttə ki, həmin vəhdətin, sarsılmaz iradənin tərənnümü və təcəssümüdür".

Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Kuba Varadero turizm məkanını oktyabrda xarici müsafirlərə açacaq
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qaxın turizm marşrutu tullantılardan təmizlənib (FOTO)
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Qazaxıstan və Azərbaycan səhiyyə turizmi sahəsində əməkdaşlığı gücləndirir
Loading Bars
Xəbər lenti
ABŞ-ın Minsk Qrupunun həmsədri qismində fəaliyyəti ABŞ mətbuatında müzakirə olunub
Fransada son sutkada koronavirusdan 163 nəfər dünyasını dəyişib
İtaliya mətbuatında Ermənistanın azərbaycanlı diplomatlara qarşı terror təhdidlərindən bəhs edən yazılar dərc olunub
ABŞ-da qırıcı təyyarə qəzaya uğrayıb
Dünyada son bir həftədə 2,4 milyondan çox koronavirusa yoluxma halı qeydə alınıb
ANAMA: Təmas xəttində mərmilər, qumbara və partlamamış mərmi qalıqları aşkarlanıb (FOTO)
Ermənistan xarici işlər naziri Rusiyaya gedib
Moskvada koronavirusdan ölənlərin sayı 6 121-ə yüksəlib
Çempionlar Liqasında "Lasio" "Borussiya"nı, "Mançester Yunayted" "PSJ"ni məğlub edib
UEFA Azərbaycanda oyunlara aid qərar verib
Azərbaycanda əkiz və üçəmlərin sayı artıb
Xudafərin körpüsü üzərində Azərbaycan bayrağının qaldırılması tarixi ədalətin bərpasıdır - Tarixçi
UEFA gənclər arasında Avropa çempionatını təxirə salıb
Türkiyədə koronavirusdan sağalanların sayı 307 minə çatır
Tarix yazan qəhrəmanlarımız - Onları tanıyaq (FOTO)
VPN ilə bağlı əhaliyə xəbərdarlıq
İtalyan professor: Azərbaycan Ermənistanı güzəştə məcbur etmək üçün vacib olan hücum və müdafiə sistemlərinə malikdir
Yeni şanlı tarixin zirvəsi - Şuşa
Dövlət başçısının apardığı siyasət nəticəsini verdi - Deputat
Ermənistan silahlı qüvvələrinin Qubadlı istiqamətindəki bölmələri məhv edilib (VİDEO)
Ermənistanın cinayətlərinə beynəlxalq birliyin müəyyən dairələri susqunluq nümayiş etdirir - Deputat
Peşəkar jurnalist Hi Pinq Çinin Sinxua agentliyinin prezidenti təyin edilib
Gəncəyə növbəti raket atəşini qətiyyətlə pisləyirəm - Qazaxıstan səfiri
Ermənistanın növbəti PUA-sı məhv edilib
Ali Məhkəmə erməni terroru ilə bağlı bəyanat yayıb
Düşmənin hərbi texnikaları və canlı qüvvəsi məhv edilib (VİDEO)
Xudafərin istiqamətində hərbi əməliyyatların aparılması barədə düşmənin yaydığı xəbər cəfəngiyatdır - Hikmət Hacıyev
Ermənilər Xudafərini birdəfəlik unutsunlar - Anar Eyvazov
Düşmən itki verərək geri çəkilib - Müdafiə Nazirliyi
Bəzi vətəndaşların sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur - Anar Eyvazov
Virusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?
ABŞ-da 58 mindən çox koronavirusa yoluxma qeydə alınıb
Gəncə istiqamətində Ermənistanın PUA-sı məhv edilib
Koronavirusa yoluxanlarda sonradan hansı fəsadlar ola bilər? - Həkim açıqladı
A-Qroup Gəncə terrorunda ata, ana, bacısını itirən Xədicə-nin yetkinlik yaşına qədər bütün tibbi xərclərini öz üzərinə götürüb
Ermənistan qlobal təxribatçıların əlaltısıdır - Xarici KİV-lər
Kastamonu Universitetində təhsil alan azərbaycanlı gənclərdən Azərbaycan dəstək (FOTO)
Hindistanın Şri Şri Universitetində Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirilib
İşğaldan azad olunmuş Zəngilan şəhərinin “Azersky” peykindən əldə edilmiş təsviri
Kamal Kılıçdaroğlu Prezident İlham Əliyevə məktub göndərib
Xudafərinlə bağlı erməni tərəfinin yaydığı məlumat dezinformasiyadır - Müdafiə Nazirliyi
Təhsil Nazirliyi Zəngilanın təhsil statistikasını açıqlayıb
KOB-ların maliyyə resurslarına çıxış imkanlarına dair bankların iştirakı ilə vebinar keçirilib
Ermənistan vergi güzəştlərini ləğv edir - Büdcə tükənir
Ciddi karantin qaydaları tətbiq etmədən də koronavirusa qalib gəlmək olar - MÜTƏXƏSSİS
Ombudsman Ermənistanın Gəncə şəhərini ballistik raket atəşinə tutması barədə hesabat hazırlayıb
Azərbaycanlı qardaşlarımızın yanında olmağa davam edəcəyik - Hulusi Akar
Ermənistan ordusu tərəfindən yaşayış məntəqələrimiz atəşə tutulub
Xudafərin körpülərinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına salınması məqsədilə tədbirlər keçiriləcək
Bakıda pik saatlar üçün 100 ehtiyat avtobus ayrıldı
Azərbaycanda 584 nəfər COVID-19-a yoluxdu, 128 nəfər sağaldı, 5 nəfər vəfat etdi
Xalqımız bir daha əmin oldu ki, Prezident İlham Əliyev hansı məqamda nəyi necə etməyi bilir - Deputat
Prezident İlham Əliyev sözümüzün imzamız qədər əhəmiyyətli olduğunu bir daha dünyaya nümayiş etdirir - Vüqar Rəhimzadə
Mərkəzi Gömrük Hospitalının travmatoloqu Ramin Rzayev canlı yayımda çıxış edəcək
Oktyabrın 21-də manatın dollara qarşı məzənnəsi
Prezident İlham Əliyev: Əziz xalqım bilsin ki, hər kəndin, hər yüksəkliyin götürülməsi böyük rəşadət tələb edir
“WhatsApp”ın veb versiyasında gözlənilən funksiya işə düşür
Ermənilər tərəfindən mülki əhalimizə qarşı törədilən cinayət faktları üzrə 37 cinayət işi başlanıb
Prezident İlham Əliyev: Bu gün nəyi demək mümkündürsə onu deyirik
Birinci vitse-prezident Mehriban Əliyeva: Füzuli, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının bir sıra kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edirəm!
Prezident İlham Əliyev: Bu yalançıları biz bundan sonra da qovacağıq
1, 5 və 50 manatlıq pul nişanları yeni dizaynda tədavülə buraxılır (FOTO)
Prezident İlham Əliyev: Ermənistan hələ nə qədər gec deyil bəyanat verməlidir ki, işğal edilmiş torpaqlardan çıxıram
Prezident İlham Əliyev: Təkbaşına vuruşuruq, hər kəs bunu bilir
Prezident İlham Əliyev düşmənin məhv edilən və ələ keçirilən hərbi texnikalarının siyahısını açıqlayıb
İslamofobiya və türkofobiya Ermənistanın əsas xəstəliyidir - Türkiyə Prezident Administrasiyası
Azərbaycan Prezidenti: Ermənistan rəhbərliyi artıq bizim qarşımızda diz çöküb, onlara layiq olan yeri göstərmişik
Rusiyada 16 mindən çox yoluxma qeydə alınıb
Ankarada Ermənistanın Gəncə terroruna etiraz olaraq avtoyürüş keçirilib (FOTO)
Ermənistan növbəti itkilərini açıqlayıb
Prezident İlham Əliyev: Azərbaycan döyüş əməliyyatını beynəlxalq birlik tərəfindən tanınan öz ərazisində aparır
Prezident İlham Əliyev: Düşmənin başını yaran yumruğumuz bizim birliyimiz, məqsədyönlü fəaliyyətdir
Ermənilər Tərtəri atəşə tutdu, 2 mülki şəxs həlak oldu
Bu gün qazanılan uğurlar bir-iki günün yox, illərdir aparılan uzaqgörən siyasətin nəticəsidir - Deputat
Azərbaycan Prezidenti: Onlar, sadəcə olaraq, bizi və beynəlxalq vasitəçiləri aldadırdılar
Prezident İlham Əliyev: Biz Böyük Qayıdışın astanasındayıq
Azərbaycan Bayrağı Zəngilan şəhərində (VİDEO)
Prezident İlham Əliyev Xocavənd rayonunun isğaldan azad edilən Vəng kəndinə Çinarlı adı verib
Prezident İlham Əliyev: Zəngilan şəhəri və 24 kənd işğaldan azad olunub
Prezident İlham Əliyev: Müzəffər Azərbaycan Ordusu döyüş meydanında yeni qələbələr qazanır
Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub
İranda sutka ərzində 5 min nəfərdən çox şəxs koronavirusa yoluxub
Ermənistanın dinc insanları hədəfə almasını dünyanın görməsi vacibdir - Mustafa Şentop
Ermənistan Müdafiə Nazirliyi növbəti dəfə geri çəkildiklərini etiraf etdi
Prezident İlham Əliyev xalqa müraciət edib (FOTO) (YENİLƏNİB)
Ermənilərin Azərbaycan Ordusu qarşısında tab gətirə bilməməsi gözlənilən idi - Ekspert
Yerəvanda təcili toplantı: Separatçı rejimin sabiq "lider"ləri Paşinyandan izahat tələb edir
Təkcə düşmənlə deyil, onunla əlbir olan silah alverçiləri, terrorçularla da mübarizə aparırıq - Ekspert
Türkiyə parlamentinin sədri Gəncədədir (FOTO/VİDEO)
Ermənistanın indiki rəhbərliyi real problemləri həll etməyi bacarmır - Rusiyalı siyasi texnoloq
Düşmənin xeyli sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib (VİDEO)
Ermənistan sosial şəbəkələrdə Azərbaycan adından əsgərlərimizə yardım adı altında vəsait toplayır - FOTO
Tapqaraqoyunluda qaz təchizatının bərpasına başlanılır (FOTO)
Ermənilər bütün saytlarda və sosial şəbəkələrdə çox aktiv şəkildə bizi izləyir - Hərbi ekspert
ADA Universitetinin xarici məzunları Azərbaycana həsr edilən kitab yazıblar
Gənclər təşkilatları arasında vətənpərvərlik istiqamətində layihə müraciətlərinin nəticələri açıqlanıb
Vətən Müharibəsindəki şanlı qələbəmiz müasir tariximizdə yeni səhifələr açacaq - Rektor
Xristian dini icma rəhbərləri ABŞ konqresinə təqdim olunmuş qətnamə layihəsinə etiraz edib
Ceyhun Bayramov Türkiyə parlamentinin sədri ilə görüşüb (FOTO)
Ayaq burxulan zaman nə etmək lazımdır?
Bütün xəbərlər