Bakı. Mətanət Nəsibova - Trend:
Azərbaycan Prezidenti İlham Əliyev növbəti dəfə əhalinin rifahının yaxşılaşmasına yönəlmiş inqilabi fərman imzaladı.
Bunu Trend-ə ekspert Zaur Məmmədov deyib.
Onun sözlərinə görə, bu fərman sosial paketin vacib elementidir, çünki əhalinin kredit borcu probleminin həlli maliyyə yükünü azaltmağa, eləcə də bank sektoruna inamı artırmağa imkan verəcək:
“Problemli kreditlər vətəndaşları narahat edən əsas məsələlərdən biri idi. Dövlət başçısının fərmanı bu problemi kökündən həll edir. Bu fakt bankların fəaliyyətində də özünü göstərəcək, çünki həmin fərman müəyyən mənada əhalinin bank sektoruna inamını bərpa edəcək”.
Z.Məmmədov əlavə edib ki, Prezident İlham Əliyevin imzaladığı fərman bu problemin hökumətin sosial sahədə keçirilən islahatların tərkib hissəsi kimi diqqət mərkəzində olduğunu göstərir.