...

UNESCO rəsmisi: Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir

Nəzər nöqtəsi Materials 2 May 2019 12:23 (UTC +04:00)
V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir.
UNESCO rəsmisi: Bakı Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir

Bakı. Elçin Mehdiyev - Trend:

Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu dünya qarşısında duran çağırışlarla bağlı səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir.

Trend-in məlumatına görə, bunu UNESCO-nun Baş direktorunun sosial və humanitar elmlər üzrə müavini Nada Al-Naşif Forum çərçivəsində beynəlxalq təşkilatların yüksək səviyyəli panelində müzakirələr zamanı deyib.

Al-Naşif bildirib ki, bu gün insanların fikirlərində sülhü və təhlükəsizliyi təbliğ etməyə ehtiyac var. O qeyd edib ki, dünyada sülhün və təhlükəsizliyin təmin edilməsi üçün dialoqun və tərəfdaşlığın mühüm rolu var:

“Bu gün dünyanın daha geniş dialoqa, tərəfdaşlığa ehtiyacı var. Bu baxımdan Bakı Forumu səmərəli müzakirələr aparmaq üçün böyük imkanlar verir. Forum dünyanın tanınmış ekspertlərini bir araya gətirir, səmərəli fikir və təcrübə mübadiləsi aparılır”.

Xatırladaq ki, mayın 2-də Heydər Əliyev Mərkəzində “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb.

İki gün davam edəcək Forum Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksəksəviyyəli rəsmiləri iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti