...

Azad Rəhimov: Bizim gənclər siyasətinin modeli digər ölkələrə bir nümunə kimi nümayiş etdirilir

Nəzər nöqtəsi Materials 26 İyul 2019 11:07 (UTC +04:00)
Bu gün Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.
Azad Rəhimov: Bizim gənclər siyasətinin modeli digər ölkələrə bir nümunə kimi nümayiş etdirilir

Bakı. Elçin Mehdiyev – Trend:

Bu gün Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

Trend-in məlumatına görə, Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət tərəfindən dəstəklənir: “Bizim gənclər siyasətinin modeli Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunub və digər ölkələrə bir nümunə kimi nümayiş etdirilir".

Onun sözlərinə görə, 25 il ərzində gənclər sahəsində çox vacib layihələr həyata keçirilib, eyni zamanda idmanda böyük nailiyyətlər əldə olunub:

"Bakı idman sahəsində çox böyük, möhtəşəm tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər və olimpiadalarda idmançılarımız çoxlu sayda medallar qazanıblar. Düşünürük ki, gələcəkdə bundan da yüksək nailiyyətlər əldə ediləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti