Azərbaycan, Bakı, 22 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın ev sahibliyi etdiyi "Eurovision 2012" mahnı müsabiqəsinin birinci yarımfinal mərhələsi öncəsi paytaxtın ən yüksək nöqtəsində yerləşən "Alov qəsri"nin üzərində müsabiqədə iştirak edən ölkələrin bayraqları əks olunur.
Trend-in məlumatına görə, bundan əlavə, müsabiqənin keçirildiyi "Bakı Kristal Zalı"ndan göyə ucalan işıq effektləri qonaqların marağına səbəb olub.