Azərbaycan, Bakı, 23 may /Trend/
"Eurovision 2012" mahnı müsabiqəsinin bu gün keçirilən birinci yarımfinal şousunun sonunda finala keçən 10 ölkənin adı bəlli olacaq.
Trend eurovision.az saytına istinadən xəbər verir ki, yarımfinalda səhnəyə ilk çıxan Monteneqro təmsilçisi Rambo Amadeus finala keçməkdə bədbindir.
"Finala keçmək şansım sıfırdır. Musiqi tərzimi bəyənənlər az olduğundan inanmıram ki, finalda olum", - Amadeus bildirib.