...

"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision 2012"-nin ən fəal azarkeşləri (FOTO)

Eurovision-2012 Materials 25 May 2012 02:27 (UTC +04:00)
Bu gün "Bakı Kristal Zalı"nda "Eurovision 2012" müsabiqəsinin ikinci yarımfinalı keçirilib.
"Bakı Kristal Zalı"nın mətbuat mərkəzində "Eurovision 2012"-nin ən fəal azarkeşləri (FOTO)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir V.İmanov/

Bu gün "Bakı Kristal Zalı"nda "Eurovision 2012" müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

Trend-in məlumatına görə, təkcə "Bakı Kristal Zalı"nda deyil, həmçinin mətbuat mərkəzində izdiham yaşanıb. Belə ki, jurnalistlər mətbuat mərkəzində öz ölkələrinin təmsilçilərini fəal şəkildə dəstəkləyiblər.

Qeyd edək ki, müsabiqəsinin II yarımfinalının yekunu üzrə finala Litva (Donny Montell - "Love Is Blind"), Bosniya və Herseqovina (Maya Sar - "Korake Ti Znam"), Serbiya (Zeljko Yoksimoviç - "Nije ljubav stvar"), Ukrayna (Qaytana Essami - "Be My Guest"), İsveç (Lorin - "Euphoria"), Makedoniya (Kaliopi - "Crno E Belo"), Norveç (Tooji - "Stay"), Estoniya (Ott Lepland - "Kuula"), Malta (Kurt Kalleya - "This Is The Night"), Türkiyə (Can Bonomo - "Love Me Back") təmsilçiləri vəsiqə qazanıblar.

Səsvermənin nəticəsinə əsasən, "Eurovision 2012" müsabiqəsini Niderland (Joan Franka - "You And Me"), Belarus ("Litesound" - "We Are The Heroes"), Portuqaliya (Filipa Sousa - "Vida Minha"), Bolqarıstan (Sofi Marinova - "Love Unlimited"), Sloveniya (Eva Boto - "Verjamem"), Xorvatiya (Nina Badriç - "Nebo"), Gürcüstan (Anri Coxadze - "I'm A Joker"), Slovakiya (Max Jason Mai - "Mai Don't Close Your Eyes") təmsilçiləri tərk ediblər.

Müsabiqənin finalı mayın 26-da keçiriləcək.

Xəbər lenti

Xəbər lenti