...

İraqdakı Britanya sülhməramlıları yaxın iki həftə ərzində Bəsrəni İraq ordusuna təhvil verəcəklər

Dünya xəbərləri Materials 10 Dekabr 2007 14:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , / " Əl-Cəzirə " tele-kanalının verdiyi məlumata görə, Böyük Britaniyanın baş naziri Qordon Braun Bəsrəyə etdiyi gözlənilməz səfər zamanı yaxın iki həftə ərzində ölkəsinin sülhməramlılarının Bəsrədə olan bütün strateji obyektlərə nəzarəti İraq ordusuna təhvil verəcəklərini bildirib. Braun bu qərara İraq prezitdenti Nuri əl-Maliki ilə görüşdən sonra gəldiyini qeyd edib. Əl-Malikinin Britanya sülhməramlılarına xüsusi təşəkkürünü çatdıran Braun, 2008-ci ilin birinci rübünədək Bəsrədəki ordularının sayının 5 min 500-dən 2 min 500-ə qədər azaldılacağını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti