...

Qırğızıstan milisi polis olmağa hazır deyil

Dünya xəbərləri Materials 1 Avqust 2008 17:18 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 01 avqust / Trend , müxbir R.Məşədihəsənli / Qırğızıstanın polis polkovniki Şamşıbek Mamırov hesab edir ki, ölkə milisi bir sıra obyektiv və subyektiv amillərə görə, polis olmağa hazır deyil.

"Milisin dəyişdirilməsi məsələsi 2004 - cü ildə hazırlanıb. Lakin obyektiv və subyektiv amillər var", - deyə cümə günü Bişkekdə keçirilən mətbuat konfransında Qırğızıstan Daxili İşlər Nazirliyinin daxili işlər orqanlarının islah edilməsi üzrə Mərkəzinin rəisi bildirib.

O hesab edir ki, cəmiyyət özü transformasiyaya hazır olduğu zaman adı dəyişmək olar.

Mamırovun sözlərinə görə, bu işə bu gün olmayan maliyyə vəsaiti də tələb olunur ki, o da hələlik yoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti