...

МАР gürcü diplomatiyasının prioritet istiqamətidir - Komitə sədri

Dünya xəbərləri Materials 1 Avqust 2008 19:03 (UTC +04:00)

Tbilisi, Gürcüstan, 01 avqust/ Trend , müxbir N.Kirtsxaliya/Sentyabrdan başlayaraq, parlamentin Avrointeqrasiya Komitəsinin fəaliyyətinin əsas prioriteti, Gürcüstana MAP Proqramının verilməsi məsələsi olacaq. Trend -un müxbiri ilə söhbətində Komitə sədri David Darçiaşvilinin dediyinə görə, Proqramın verilməsi gürcü diplomatiyasının əsas prioritetidir.

"Bizim əsas istiqamətmizin Avropa İttifaqı ilə münasibətlərin qurulması, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi məsələsinin kənarda qalması demək deyil", - o qeyd edib.

Avqustda Avrointeqrasiya Komitəsi ötən çağırış parlamentində təşəbbüsü qaldırılan, lakin qəbul edilməyən layihələrin yoxlanışını aparacaq və onların hansının üzərinə yenidən işlərin görülməsi məsələsini müəyyən edəcək.

Xəbər lenti

Xəbər lenti