...

Rusiya aviasiyası aksiyadan əvvəl Tblisiyə növbəti dəfə bomba atıb

Dünya xəbərləri Materials 12 Avqust 2008 15:44 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 12 avqust/ Trend , müxbir N.Kirtsxaliya/ Tbilisiyə növbəti Rusiya bombası atılıb. Şahidlərin sözlərinə görə, o kənar rayonda, yaşayış olmayan əraziyə düşüb. İtki və dağıntılar yoxdur.

Tbilsidə hesab edirlər ki, bu, yalnız prezidentə və Gürcüstan dövlətinə dəstək aksiyasına gəlməmələri üçün insanları qorxutmaq aksiyası olub. Aksiya çərşənbə axşamı saat 15.00-da Gürcüstan parlamenti qarşısında keçiriləcək.

Xalqı aksiyaya bir gün əvvəl Gürcüstan prezidenti çağırıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti