...

Əsaslı dəyişikliklərin zamanıdır - Barak Obama

Dünya xəbərləri Materials 23 Oktyabr 2008 09:01 (UTC +04:00)

Barak Obama prezident seçiləcəyi təqdirdə ABŞ-ın xarici siyasətini dəyişəcəyini vəd edib. Qaradərili senator İraqdakı müharibənin başa çatdırılmasından başlamağa hazırlaşır. İTAR-TASS -ın verdiyi xəbərə görə, Virciniya ştatında çərşənbə günü xarici siyasət və milli təhlükəsizlik üzrə aparıcı müşavirləri ilə görüşdən sonra Demokratlar Partiyasından olan namizəd bildirib ki, bu addım Əfqanıstandakı vəziyyət ilə daha sıx məşğul olmağa imkan yaradacaq.

"Taliban hücum edir, "Əl-Qaidə" sərhəddən keçərək Pakistanda sığınacaq tapıb, bəzi ekspertlərin fikrincə isə, əfqan iqtisadiyyatının yarısı heroin ticarəti ilə maliyyələşir", - deyə Obama bildirib. - Şübhəsiz ki, biz Əfqanıstanda dozülməz böhran ilə rastlaşacağıq. Və biz hərəkət etməliyik". Onun fikrincə, Əfqanıstana əlavə hərbi qüvvə göndərməli, əfqan təhlükəsizlik xidmətlərinin hazırlıq səviyyəsi yaxşılaşdırımalı və terrorçuların Pakistan ilə sərhəddən hücumlarının qarşısını almaq üçün qəti tədbirlər görülməlidir.

Prezidentliyə namizəd bildirib ki, "İraqı işğal etmək və müttəfiqlər ilə bərabər birbaşa diplomatik əlaqələrin aparılmasından imtina edərək İranın nüvə ambisiyalarını pozmaqla 80 ölkədə fəaliyyət göstərən terror şəbəkəsinə qalib gəlmək olmaz". "Əsaslı dəyişikliklərin vaxtı çatıb və mən məhz buna görə, prezidentliyə namizədliyimi irəli sürmüşəm", - deyə Obama bildirib.

Prezident seçkisinə iki həftə qalmış Obama demək olar ki, aparılan bütün sorğular üzrə seçicilər arasında populyarlığına görə, respublikaçılardan olan rəqibi Con Makkeyni qabaqlayır.

Xəbər lenti

Xəbər lenti