Azərbaycan, Bakı, 24 oktyabr/ Trend / Azərbaycan prezidenti İlham Əliyev dövlət başçısının yenidən seçilməsi ilə əlaqədar ölkə hökumətinin tərkibini buraxıb.
Azərbaycanda prezident seçkisi oktyabrın 15-də keçirilib. Hakim Yeni Azərbaycan Partiyasından olan namizəd İlham Əliyev ölkə prezidenti seçilib.
Azərbaycanın buraxılmış hökumətinin tərkibi:
baş nazir - Artur Rəsizadə,
baş nazirin birinci müavini - Yaqub Eyyubov,
baş nazirin müavini - Elçin Əfəndiyev,
baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlər ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri - Əli Həsənov,
baş nazirin müavini- Abid Şərifov,
xarici işlər naziri - Elmar Məmmədyarov,
daxili işlər naziri - Ramil Usubov,
milli təhlükəsizlik naziri - Eldar Mahmudov,
müdafiə naziri - Səfər Əbiyev,
ədliyyə naziri - Fikrət Məmmədov,
müdafiə sənayesi naziri - Yavər Camalov,
maliyyə naziri - Samir Şərifov,
vergilər naziri - Fazil Məmmədov,
iqtisadi inkişaf naziri - Heydər Babayev,
fövqəladə hallar naziri - Kəmaləddin Heydərov,
əmək və əhalinin sosial müdafiəsi naziri - Fizuli Ələkbərov,
kənd təsərrüfatı naziri - İsmət Abbasov,
mədəniyyət və turizm naziri - Əbülfəz Qarayev,
təhsil naziri - Misir Mərdanov,
səhiyyə naziri - Oqtay Şirəliyev,
rabitə və informasiya texnologiyaları naziri- Əli Abbasov,
sənaye və energetika naziri - Natiq Əliyev,
gənclər və idman naziri - Azad Rəhimov,
ekologiya və təbii sərvətlər naziri - Hüseynqulu Bağırov,
nəqliyyat naziri - Ziya Məmmədov,
Azərbaycan Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri- Gündüz Məmmədov,
Gömrük Komitəsinin sədri - Aydın Əliyev,
Torpaq və Xəritəçəkmə Komitəsinin sədri - Qərib Məmmədov,
Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri - Hicran Hüseynova,
Dövlət Statistika Komitəsinin sədri - Arif Vəliyev,
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri - Nazim İbrahimov,
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin Baş direktoru- Ramiz Həsənov,
Dövlət Sosial Müdafiə Fondunun sədri - Səlim Müslimov,
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının sədri - Bəhram Xəlilov,
Respublika Müəllif Hüquqları Agentliyinin sədri - Abutalıb Səmədov,
Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru - İmran Mehtiyev,
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri - Kərəm Həsənov,
Azərbaycan Respublikasının Nazirlər Kabineti Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi - Arif Qaraşov,
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri - Abbas Ələskərov,
Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri - Hidayət Orucov.
Hökumətin yeni tərkibi prezidentin fərmanı ilə formalaşacaq.