Şənbə günü İndoneziyanın Sumatra adasında Benqkulu şəhəri yaxınlığında 6,7 bal gücündə zəlzələ baş verib. Bu haqda Böyük Britaniyanın Sky News kanalı məlumat yayıb.
İndoneziya planetin ən aktiv seysmik zonasında yerləşir. Hər il seysmoloqlar burada gücü 4,0 baldan çox olan 6-7 min zəlzələ qeydə alır.
Burada dünyanın ən aktiv tektonik plitələri yerləşir. Onların birisi ildə yeddi santimetr sürəti ilə hərəkət edir.