...

Gürcüstan və Ukraynaya ÜFP - in təqdim olunması vaxt məsələsidir

Dünya xəbərləri Materials 28 Noyabr 2008 20:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 noyabr / Trend , müxbir E.Tarıverdiyeva/ Gürcüstan və Ukraynaya NATO -ya Üzvlüklə bağlı Fəaliyyət Planının (ÜFP) təqdiminin təxirə salınması - bu ölkələrin Alyansa qoşulmaması barədə qəti qərar deyil, - ekspertlər hesab edir.

"ABŞ istənilən halda Gürcüstan və Ukraynaya ÜFP-in təqdim edilməsi üzrə plandan imtina etməyib" - rus politoloqu Vyaçeslav Nikonov hesab edir: "Onlar, sadəcə olaraq, dərk edirlər ki, indi Tbilisi və Kiyevə ÜFP-in verilməsi qeyri - realldır və çətin ki, Avropa tərəfindən dəstəklənsin".

İlk dəfə Gürcüstan və Ukraynanın ÜFP almaqla bağlı müraciətlərinə NATO -nun 2008 -ci ilin aprelində Buxarestdə keçirilən sammitində etiraz olunub. Hər iki ölkənin gələcəkdə bloka üzv olacağı da o zaman deyilib.

ABŞ Dövlət Katibi Kondoliza Rays noyabrın 26 - da bəyan edib ki, Vaşinqton NATO xarici işlər nazirlərinin dekabrın əvvəlində Brüsseldə keçiriləcək görüşündə Ukrayna və Gürcüstana ÜFP təqdim edilməsi prosesini tezləşdirməyə hazırlaşmır.

Kiyev və Tbilisinin Alyansa üzvlüyə namizəd statusunu almağa hazılığı NATO -ya üzv 26 dövlətin xarici işlər nazirlərinin dekabrın 2 -3 - də Brüsseldə keçiriləcək görüşündə qiymətləndiriləcək.

Almaniya başda olmaqla, bir neçə Avropa ölkəsi bölgədə sabitliyin pozulacağından ehtiyat edərək, blokun Gürcüstan və Ukrayna hesabına genişlənməsinə qarşı çıxırlar.

Bu ölkələrin Alyansa qoşulması əleyhinə olanların tərəddüdləri - Cənubi Osetiya və Abxaziya məsələsindən başqa - Gürcüstanda demokratiyanın tələblərinin gözlənməsi, eyni zamanda Ukraynadakı qeyri - stabillik və ölkə ictimaiyyətinin NATO - ya üzvlük perspektivini mənfi qəbul etməsilə bağlıdır.

Ukrayna və Gürcüstanın NATO - ya Üzvlüklə bağlı Fəaliyyət Planına (ÜFP) qoşulması hələ tezdir, - cümə axşamı Niderlandın xarici işlər naziri Maksim Ferxaxen bu məsələ ilə bağlı parlament debatlarında bildirib, - RİA "Novosti" xəbər verir.

ABŞ -ın ÜFP-in təqdiminə dəstək verməməsi, müşahidəçilərin fikrincə, Gürcüstan və Ukraynanın gələcəkdə NATO -ya üzvlük şanslarını azaltmır.

Gürcüstanın təkcə ÜFP almaq üçün deyil, həm də perspektivdə NATO -ya üzvlüklə bağlı şansı qalır, - rus politoloqu Qriqori Trofimçuk hesab edir. "Bu, hakimiyyətin formatı və ona rəhbərlik edən şəxslərlə heç cür bağlı deyil", - Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse -prezidenti Trofimçuk Trend

ABŞ -ın yeni prezidenti Barak Obama Ukraynaya NATO ÜFP təqdim olunmasında israr edəcək, amma bunun üçün Avropa ölkələrinə təzyiq göstərməyinə dəyməz, - ABŞ -ın Ukraynadakı səfirinin keçmiş müşaviri, Dünya, Konversiya və Xarici siyasət Mərkəzinin direktoru Aleksandr Potexin belə düşünür, - "Rosbalt" yazır.

Nikonov da hesab edir ki, Ukrayna və Gürcüstana ÜFP təqdimindən imtina, Avropanın həmişə buna etiraz edən Rusiya ilə münasibətləri pozmaq istəməməsilə bağlıdır. "NATO ÜFP-yə təqdim olunmaq üçün bütün ölkələr tam həmrəylik nümayiş etdirməlidirlər və Avropada Rusiya ilə açıq münaqişəyə girmək isəyən ölkələr azdır", - "Rusiya dünyası" Fondunun direktoru Vyaçeslav Nikonov deyib.

Ekspert Giya Xuxaşvilinin sözlərinə görə, Gürcüstanda "real demokratik qüvvələrin" hakimiyyətə gəlişi gələcəkdə ölkənin NATO-ya üzvlüyü üçün müsbət rol oynaya, Alyansa qəbul prosesini tezləşdirə bilər. "Bu qüvvələr sistemli, real demokratik islahatlar apara bilərlər. Axı NATO təkcə hərbi Alyans deyil və mən düşünürəm ki, o, bu cəhdləri layiqincə qiymətləndirəcək", - Xuxaşvili Trend -a deyib.

Başqa bir gürcü eksperti Koba Liklikadze, əksinə, hesab edir ki, hakimiyyət dəyişikliyi Gürcüstanın NATO -ya mümkün üzvlüyü məsələsində ciddi dəyişiklik etməyəcəyək. "Alyansda Gürcüstanın qəbul vaxtı ilə bağlı iki zidd mövqenin qeydə alındığı şəraitdə, ölkədə kimin hakimiyyətdə olmasının fərqi yoxdur", - Liklikadze Trend - a bildirib.

Nino Burcanadzeyə dəstək verilərsə, çətin ki, onun siyasəti Gürcüstanın indiki dövlət başçısının siyasətindən əsaslı şəkildə fərqlənsin, - Trofimçuk belə düşünür. "O artıq bəyan edib ki, Qərblə, xüsusən də Qərbin hərbi - siyasi strukturları ilə əlaqələri fəallaşdıracaq".

Materialların hazırlanmasında R.Ağayev (Moskva), N.Kirtsxaliya (Tbilisi) iştirak ediblər.

Müəlliflərlə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti