...

İlham Əliyev gələcəkdə Azərbaycanın neft hasilatı və qiymətlərindən asılılığını tam olaraq minimuma endirməyi zəruri hesab edir

Dünya xəbərləri Materials 13 Fevral 2009 12:27 (UTC +04:00)
İlham Əliyev gələcəkdə Azərbaycanın neft hasilatı və qiymətlərindən asılılığını tam olaraq minimuma endirməyi zəruri hesab edir

Azərbaycan, Bakı, 13 fevral / Trend / Prezident İlham Əliyev respublikanın gələcəkdə "neft amili"ndən asılılığının minimuma endirilməsini zəruri hesab edir.

"Biz gələcəkdə neft hasilatı və qiymətlərindən asılılığımızı tam olaraq minimuma endirmək üçün rəqabətqabilyyətli istehsalın yaranmasını stimullaşdırmağa diqqət ayıracağıq", - deyə İTAR-TASS-a müsahibəsində prezident İlham Əliyev deyib.

Dövlət başçısı bildirib ki, neft sərvət gətirir, kapital axını yaradır, lakin öz-özlüyündə iş yerləri yaratmır.

İlham Əliyev Azərbaycanın neft-qaz resurslarının "səmərəli idarə olunması", "onların tədarükünün şaxələndirilməsi və enerji təhlükəsizliyinin təmin edilməsi" məsələlərinə böyük diqqət ayrılmasını təbii hesab edir.

"Biz yalnız planlaşdırdıqlarımıza nail olmuşuq, lakin bunlarla yanaşı, prioritet məsələlərdən biri də neft faktorundan asılılığın azaldılması idi. Və mən düşünürəm ki, məhz burda böyük uğurlar əldə etmişik, çünki Azərbaycanda qeyri-neft sektorunun inkişaf tempi neft sektorundan geri qalmayıb", - deyə İlham Əliyev bildirib.

"Azərbaycanda son beş ildə 550 mini daimi olmaqla 766 min yeni iş yeri açılıb. Bütün regionlarda çox güclü infrastruktur yaradılıb. Azərbaycanda yoxsulluğun səviyyəsi son beş il ərzində 49 faizdən 13 faizədək azalıb. Bütün bunlar həm iqtisadi islahatlar, həm də ölkədə həyata keçirilən sosial proqramların səmərəliliyindən xəbər verir", - deyə prezident əlavə edib.

Azərbaycan prezidenti ilə müsahibə tam olaraq fevralın 14-də "Rusiya" telekanalında "Formula vlasti" proqramının növbəti buraxılışında yayımlanacaq.     

Xəbər lenti

Xəbər lenti