...

Bişkekdə Avropa Birliyi ölkələri və Qırğızıstan vətəndaş cəmiyyətləri üçün seminar keçirilib

Dünya xəbərləri Materials 8 Mart 2009 13:57 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 8 mart / Trend , müxbir R.Мəşədihəsənli /

Bişkekdə Avropa Birliyi və Qırğısıstanın vətəndaş cəmiyyətləri üçün AB və Qırğızıstan XİN-in təşkilatçılığı ilə "Uşaq və məhkumların hüquqlarının müdafisəsi və təşviqi məsələlərində əməkdaşlıq" mövzusunda seminar keçirilib. Bu barədə Trend -a Qırğızıstan XİN-də məlumat veriblər.

Seminarın keçiriıməsində məqsəd qırğız və avropa vətəndaş cəmiyyətləri nümayəndələrinin əməkdaşlıq imkanlarının və əsaslarının yaradılması, təcrübə və fikir mübadiləsi yolu ilə rəsmi dialoqa yol açmaqdır.    

Tədbirdə Qırğızıstanın, Böyük Britaniyanın, Çexiyanın, Polşanın, İtaliyanın, Tacikistanın, Belçikanın, Qazaxstanın vətəndaş cəmiyyətlərinin uşaq və məhkumların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən 75-dən çox nümayəndəsi iştirak edib.

Beynəlxalq standartlar və onların uşaq və məhkumların hüquqları sahəsində tətbir olunması ətrafında dialoqun nəticələri əsasında Qırğızıstan höküməti və AB üçün iki qrup tövsiyyə hazırlanıb.

Xəbər lenti

Xəbər lenti