...

NATO-nun baş katibi olmağa can atmıram - Kanadanın müdafiə naziri

Dünya xəbərləri Materials 22 Mart 2009 18:31 (UTC +04:00)
NATO-nun baş katibi olmağa can atmıram - Kanadanın müdafiə naziri

Kanadanın müdafiə naziri Piter Makkey öz postunda qalmaq istədiyini və NATO baş katibi olmağa can atmadığını bəyan edib. Xəbəri RBK agentliyi Associated Press-ə istinadən yayıb. Makkeyin sözlərinə görə, o diqqətini Kanada hərbi qüvvələrinin gücləndirilməsinə yönəltmək istərdi.
NATO-nun hazırkı baş katibi Yap de Hoop Sxefferin səlahiyyətlərinin müddəti bu ilin iyulunda başa çatır. Real namizədlər arasında Danimarka baş naziri Anders Foq Rasmussen, Polşa XİN başçısı Radek Sikorski və Kanadanın müdafiə naziri yer alırlar. Makkeyin namizədliyi ABŞ vitse-prezidenti Co Baydenin "NATO baş katibi mütləq Avropa ölkəsinin nümayəndəsi olmaya bilər" bəyanatından sonra irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti